Nəqliyyat naziri fransızlara müsahibə verdi
20 iyul 2010 19:30 (UTC +04:00)

Nəqliyyat naziri fransızlara müsahibə verdi

“Valeurs Actuelles” jurnalı Azərbaycan iqtisadiyyatı haqqında hesabat hazırlayır

Bu gün nəqliyyat naziri Ziya Məmmədov Fransanın “Valeurs Actuelles” jurnalının redaktoru İsmael Kogui N Douronu və jurnalın layihə koordinatoru Sandra Hamouru qəbul edib. Lent.az-ın Nəqliyyat Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Fransanın və Avropanın işgüzar dairələri arasında böyük nüfuza malik olan “Valeurs Actuelles” dərgisində Azərbaycan iqtisadiyyatı haqqında yüksək səviyyəli hesabat hazırlanır.

Jurnalın əməkdaşları bu məqsədlə iqtisadi bloka aid olan müvafiq nazirliklərin rəhbərlərindən, o cümlədən nəqliyyat nazirindən müsahibə almağı qərara alıblar. Ziya Məmmədov müsahibəsində nəqliyyat-yol kompleksinə daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib, son dövrlər nəqliyyat sektorunda görülmüş işlərdən, əldə edilən uğurlardan, həyata keçirilən iri regional və beynəlxalq layihələrdən danışıb, jurnalistləri maraqlandıran sualları cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 384

Oxşar yazılar