QHT-lərə Dövlət Dəstəyi Şurası jurnalistləri mükafatlandırıb
Lent.az-ın əməkdaşı 1-ci yeri tutdu
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası jurnalistlər arasında keçirdiyi müsabiqəsinin nəticələrini açıqlayıb.
Lent.az-ın məlumatına görə, bu gün “Park İnn” otelində qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə media qurumlarının rəhbərləri, QHT nümayəndələri, millət vəkilləri də iştirak edib. Şuranın sədri, millət vəkili Azay Quliyev mərasimdə çıxış edərək milli mətbuatımızın yaranma tarixindən və hazırkı inkişafından danışıb. O, çıxışında Azərbaycanda üçüncü sektorun yeni olduğunu və cəmiyyətin bu sahədə maarifləndirilməsinin zəruriliyindən danışıb. Azay Quliyev QHT-lərə Dövlət Dəstəyi Şurasının ölkə jurnalistləri arasında keçirdiyi müsabiqənin də məhz bu məqsədə xidmət etdiyini söyləyib.
Daha sonra müsabiqəyə təqdim olunmuş yazıları qiymətləndirən münsiflər heyətində təmsil olunan redaktorlar çıxış ediblər. Bildirilib ki, bu müsabiqəyə 30-dan çox yazı təqdim olunub. Onlardan 6-sı qalib elan olunub. Müsabiqədə I yerə “Lent.az”-ın əməkdaşı Elxan Salahov və “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy, II yerə Rövşən Hacıbəyli (“Azadlıq” qəzeti) və Aytən Fərhadova (“Ekspress” qəzeti), III yerə Rəşad Süleymanov (APA İnformasiya Agentliyi) və Fərəh Sabirqızı (“Modern.az”) layiq görülüb.
Bundan başqa, daha 10 jurnalist həvəsləndirici mükafatlara layiq görülüb. Bunlar Famil Cəfərli (“Yeni Müsavat” qəzeti), Zahir Əmənov (“Cənub xəbərləri” qəzeti), Qalib İbrahimoğlu (“Ekspress” qəzeti), Sevinc Mürvətqızı və Pərvanə Sultanova (“525-ci qəzet” ) Şücəddin Şərifov və Alı Rza (“Azadlıq” qəzeti), Zülfiyyə Quliyeva (“Mərkəz” qəzeti), İlkin Ağayev (“Palitra” qəzeti), Nadir Azəri (“Yeni Azərbaycan” qəzeti) həvəsləndirici mükafat alıb.
Mərasimdə diqqət çəkən məqamlardan biri münsiflər heyətində təmsil olunanların adlarının açıqlanması olub. Müsabiqəyə təqdim edilən yazıları “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova və telejurnalist Sevinc Osmanqızı qiymətləndirib.

514