Sumqayıtda erməni qəbristanlığı
Sumqayıt şəhər 11-ci mikrorayon ərazisində onlarca erməni qəbri var. Lent.az-ın məlumatına görə, həmin qəbirlər yerli əhali arasında “rus-erməni qəbiristanlığı” kimi tanınan məzarlıqdadır.
Qəbiristanlıqda yüzlərcə rus qəbirlərilə yanaşı, onlarca erməni qəbirləri də var. Bütün qəbirlər, o cümlədən ermənilərə aid məzarlar olduğu kimi (!) qalır. Yerli əhali və ya digər kimlərsə tərəfindən erməni qəbirlərinə kiçik bir müdaxilə də edilməyib.
Erməni tərəfi 1988-ci ildə SSRİ DTK-nın təşkilatçılığı və planı ilə Sumqayıtda törədilən hadisələrdən sonra Azərbaycandakı erməni qəbirlərinin dağıdıldığını iddia edirdilər.
Əslində isə ortada dağıdılan qəbirlər var ki, bunlar azərbaycanlılara aid məzarlardır. Müharibə və Sülh İcmalları İnstitutunun Ermənistandakı nümayəndəsi, “Vətəndaş təşəbbüsü” qəzetinin əməkdaşı Naira Bulqadaryanın www.iwpr.net saytında verdiyi “Ermənistanda azərbaycanlı qəbirlərinin acı taleyi” başlıqlı yazıda erməni vandalizmindən geniş bəhs edib.
Bunlar bir daha kimin, hansı xalqın tolerant, hansının isə vəhşi olduğunu göstərir...
İsaq Mayılov

648