Tovuzda 15-16-cı əsrə aid məscid bərpa ediləcək
16 iyul 2010 17:30 (UTC +04:00)

Tovuzda 15-16-cı əsrə aid məscid bərpa ediləcək

Şah Abbas məscidi rayonun Yanıqlı kəndində yerləşir

Tovuzun Yanıqlı kəndində yerləşən Şah Abbas məscidi 15-16-cı əsrə aiddir. Qədim tikilinin əsaslı təmirə ehtiyacı var. Məscidin vəziyyəti ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə məlumat verilib.

Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Tovuz rayon Mədəniyyət şöbəsinin rəisi Aydın Məmmədov məlumat verib. Onun sözlərinə görə, məscid ilin sonunadək bərpa olunacaq.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 535

Oxşar yazılar