Bakı İslam Universitetinin “Dinşünaslıq” ixtisası üzrə tələbə qəbulu elan edildi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) III ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlər üçün açıqlama yayıb. TQDK-nın İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a daxil olan açıqlamada Bakı İslam Universitetinə 2010/2011-ci tədris ili üçün “Dinşünaslıq” ixtisası üzrə tələbə qəbulu elan edildiyi bildirilib. Müsabiqədə cari tədris ili üzrə III ixtisas qrupu üzrə qəbul imtahanında 250 və daha yüksək bal toplamış abituriyentlər iştirak edə bilərlər.
Abituriyentlərin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Müsabiqədə iştirak etmək istəyənlər iyulun 15-dən iyulun 25-dək Bakı İslam Universitetində təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün şəxsiyyəti təsdiq edən sənədin əsli, sağlamlıq haqqında arayış, 4 ədəd 3x4 ölçüdə fotoşəkil və təsdiq olunmuş elektron ərizənin surəti tələb olunur.
(Ünvan: Bakı şəhəri, Mirzə Fətəli küçəsi, 7 ( Təzə Pir Məscidinin yanı). Əlaqə telefonu: 012 492 82 23; 012 492 31 52).

1150