l ixtisas qrupu üzrə ölkə birincisi məlum oldu
14 iyul 2010 13:30 (UTC +04:00)

l ixtisas qrupu üzrə ölkə birincisi məlum oldu

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu 700 bal toplayıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) l ixtisası qrupu üzrə imtahan vermiş abituriyentlərin nəticələrini açıqlayıb.

Lent.az-ın TQDK-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Nəriman Məmmədli 700 bal toplayıb və bu qrup üzrə ölkə birincisi olub.

Liseyin müdir müavini filologiya elmləri doktoru Siracəddin Hacı deyib ki, bu il l və lll ixtisas qrupu üzrə imtahanda iştirak etmiş lisey məzunlarının nəticələri də yüksəkdir. Bu qruplar üzrə imtahanda iştirak etmiş 20 nəfər məzundan 9 nəfəri 600-dən çox bal toplayıb.

Xatırladaq ki, TQDK-nın rəsmi nəticələrinə görə, 2009-cu də üç kateqoriyada ölkə birincisi olmuş məktəb də Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyidir. Ötən il lll ixtisas qrupu üzrə 700 bal toplayaraq Azərbaycan birincisi olmuş Fəridə Musayeva da bu liseyin məzunudur.

Müdir müavininin sözlərinə görə, ll və lV ixtisas qrupu üzrə imtahan verəcək məzunların da böyük uğur qazanacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 614

Oxşar yazılar