Hakimliyə namizədlər imtihan verdilər
İyulun 10-da hakimliyə namizədlər yazılı imtahan verib. Hakimlərin Seçki Komitəsindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Texniki Universitetinin idman zalında keçirilən imtahanı beynəlxalq qurumların, qeyri-hökumət təşkilatlarının nümayəndələri izləyib. İmtahandan əvvəl Hakimlərin Seçki Komitəsinin qapalı iclası keçirilib.
İclasda kazus xarakterli 8 sual hazırlanıb. Lototron vasitəsilə həmin suallardan cinayət və mülki hüquqa dair iki sual seçilib. Bu suallar imtahanda iştirak edən 80 namizədə paylanıb. Dörd saat davam edən imtahanda namizədlər verilmiş hüquqi kazusları həll etməklə müvafiq məhkəmə qərarlarını hazırlayıblar.
İmtahanın nəticələri 10 gün müddətində açıqlanacaq. 60-dan çox bal toplayan namizəd növbəti mərhələyə keçəcək.
Fərid Əkbərov

582