Mədəniyyət və Turizm Nazirliyi jurnalistləri mükafatlandırdı
Əbülfəs Qarayev: “Mətbuat hər ictimai qurumun öncə dostu olmalıdır”
İyulun 9-da M. F. Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan milli mətbuatının 135 illik yubileyi münasibətilə tədbir keçirib.
Lent.az-ın məlumatına görə, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev milli mətbuatın yaranma tarixi və inkişaf mərhələləri barədə danışıb. Mətbuatın inkişaf yolunda olduğunu və dövlət tərəfindən diqqətdə saxlandığını vurğulayıb. Nazir son illər mətbuatdakı inkişaf istiqamətlərindən də son açıb: “Son illər jurnalistlər yazılarında daha konkret, maraqlı və incə nüanslara toxunurlar. Peşəkarlıq səviyyəsinə də önəm verilir. Arzulardıq ki, tənqid daha da peşəkar səviyyədə olsun və təhlil üzərində qurulsun. Bundan başqa son illər poliqrafiya və nəşriyyat işi də təkmilləşməkdədir. Bu da sevindirici haldır. Onu da demək lazımdır ki, mətbuat hər ictimai qurumun öncə dostu olmalıdır. Çünki dostun tərifə də, tənqidə də haqqı var”.
Tədbirdə millət vəkili Aqil Abbas, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Ümid Rəhimov da çıxış edib.
Daha sonra “Mədəniyyət” qəzetinin keçirdiyi “Mədəniyyət mövzusunda ən yaxşı jurnalist işi” müsabiqəsinin qalibləri elan olunub. Münsiflər heyətinin qərarı ilə qəzet və jurnal yazısı nominasiyasında Flora Xəlilzadə birinci, Abdulla Suvar ikinci, Etibar Cəbrayıloğlu üçüncü yerə layiq görülüb. Televiziya verilişi nominasıyasında birinci yeri Vüsalə Quliyevaya, ikinci yeri “Salam Azərbaycan”, üçüncü yeri “Mədəniyyət saatı” verilişlərinə tutub. Qaliblərə diplom və pul mükafatı verilib.
Bundan başqa Azərbaycan milli mətbuatının 135 illik yubileyi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi ilə fəal əməkdaşlığa görə, bir neçə jurnalist də fəxri fərman və pul mükafatı ilə təltif edilib. Onların arasında APA-nın əməkdaşı Ülkər Qasımova, Lent.az-ın əməkdaşı Xəyalə Muradlı, Trend-in əməkdaşı Eldar Hüseynzadə də var.

574