41 idmançı imtahansız ali məktəbə qəbul olunacaq
09 iyul 2010 14:15 (UTC +04:00)

41 idmançı imtahansız ali məktəbə qəbul olunacaq

Bu il ali məktəblərə müsabiqədənkənar daxil olacaq 41 nəfər dünya və Avropa çempionunun siyahısı təsdiqlənib.

Lent.az-ın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, həmin abituriyentlər İdman və Bədən Tərbiyəsi Akademiyasına daxil olacaqlar.

Məleykə Abbaszadə qeyd edib ki, mədəniyyət və incəsənət ixtisaslarına imtahansız qəbul olunmaq hüququna malik 6 nəfərin siyahısı da təsdiqlənib. Həmin şəxslər Bakı Musiqi Akademiyasına daxil olmaq üçün tələb olunan qabiliyyət imtahanından azad edilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 399

Oxşar yazılar