I ixtisas qrupunu seçən ən yaşlı abituriyentin 56, ən gəncinin 14 yaşı var
09 iyul 2010 14:00 (UTC +04:00)

I ixtisas qrupunu seçən ən yaşlı abituriyentin 56, ən gəncinin 14 yaşı var

391 abituriyent kollec məzunudur, 340 abituriyent ikinci dəfə ali təhsil almaq istəyir


Bu il I ixtisas qrupu üzrə imtahan verən ən yaşlı abituriyentin 56 yaşı var.

Lent.az-ın verdiyi məlumata görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bunu bu gün keçirdiyi mətbuat konfransında söyləyib.

Bu ixtisas qrupu üzrə ən gənc abituriyent isə 14 yaşındadır, 1996-cı ildə anadan olub.

Bu il I ixtisas qrupu üzrə imtahan verəcək abituriyentlərin 391 nəfəri orta ixtisas təhsili müəssisələrinin məzunlarıdır. 340 abituriyent isə ali təhsillidir.

Elxan Salahov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 434

Oxşar yazılar