İyulun 11-də I ixtisas qrupu imtahan verəcək
09 iyul 2010 13:45 (UTC +04:00)

İyulun 11-də I ixtisas qrupu imtahan verəcək

İyulun 11-də I ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanları keçiriləcək.

Lent.az-ın verdiyi məlumata görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, qəbul imtahanları Bakı, Gəncə və Naxçıvan şəhərlərində keçiriləcək.

Məleykə Abbaszadə bildirib ki, I ixtisas qrupu üzrə Gəncədə 45003 abituriyent imtahan verəcək. İmtahanın keçirilməsi üçün Bakıda 44, Gəncədə, Sumqayıtda 8, Naxçıvanda 2 bina ayrılıb.

I ixtisas qrupu üzrə 35 769 abituriyent ərizə təqdim edib. Onların 17 814 nəfəri orta məktəblərin bu ilki məzunlarıdır.

Elxan Salahov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 439

Oxşar yazılar