9-cu sinifdən kolleclərə sənəd qəbulu başladı
Sənəd qəbulu avqustun 10-dək internet vasitəsilə aparılır
2010/2011-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) tələbə qəbuluna bu gün start verilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a bildiriblər ki, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu internet vasitəsilə aparılır. Sənədlərin qəbulu avqustun 10-dək davam edəcək. Abituriyentlər həmin müddət ərzində TQDK-nın internet saytının müvafiq səhifəsində (www.tqdk.gov.az/erizeumumiorta2010) soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin seriyasını və nömrəsini (2010-cu il iyulun 1-dək 16 yaşına çatmamış gənclər doğum haqqında şəhadətnamənin seriyasını və nömrəsini daxil edə bilərlər) daxil etməklə qeydiyyatdan keçməli və iş nömrəsi ilə şifr əldə etməlidir.
İş nömrəsi və şifrdən istifadə etməklə “Abituriyentin elektron ərizəsi” formasına daxil olur və onu doldururlar. Bundan sonra abituriyentlər tələb olunan sənədlərini müvafiq SQK-ya təqdim etməklə ərizələrini təsdiq etdirirlər. İmtahanda iştirak etmək üçün SQK-da abituriyentə müəyyən olunmuş tarixdə "İmtahana buraxılış vərəqəsi" və "Abituriyentin vəsiqəsi" verilir.
Elxan SALAHOV

1170