Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlandı
Namizədlərdən 608 nəfəri test imtahanında iştirak etməyib
Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 42 dövlət orqanı üzrə 771 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün təşkil olunan müsabiqənin test imtahanı mərhələsinin nəticələrini açıqlayıb.
Komissiyadan Lent.az-a verilən məlumata görə, bu mərhələ üzrə imtahanlar 30 aprel – 5 iyul tarixlərdə keçirilib.
Test imtahanı Komissiyasının “Test imtahanı mərkəzində” olub.
Müsabiqədə iştirak etmək üçün Komissiyada 966-sı (23,50%) qadın, 3145-i (76,50%) kişi olmaqla 4111 namizəd qeydə alınıb. Onlardan 324-ü (24,29%) qadın, 1010-u (75,71%) kişi olmaqla 1334 nəfəri (bütün namizədlərin 32,45%-i) qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub. Test mərhələsini uğurla başa vuran namizədlərdən 340 nəfəri (92 qadın, 248 kişi) - 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb; 414 nəfəri (76 qadın, 338 kişi) - 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb; 580 nəfəri (156 qadın, 424 kişi) - 6 və ya 7-ci təsnifat inzibati vəzifələrə iddia etsə də bu vəzifələr üzrə keçid balını toplamayıb, lakin 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb.
Namizədlərdən 608 nəfəri test imtahanında iştirak etməyib. Bunlardan 97 nəfəri Əmlak Məsələləri Dövlət Komitəsi, 58 nəfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və 52 nəfəri Dövlət Sosial Müdafiə Fondu üzrə qeydə alınmış namizədlərdir.
Test imtahanının nəticələri test imtahanı başa çatdıqdan dərhal sonra namizədlərin nəzərinə çatdırılıb. Eyni zamanda, nəticələr Komissiyasının rəsmi internet saytında da yerləşdirilib.
Test imtahanının nəticələrinə görə daha çox namizədin uğur qazandığı dövlət orqanları bunlardır:
- Əmlak Məsələləri Dövlət Komitəsi - 116 yerə qarşı qeydə alınmış 605 namizəddən 244-ü test imtahanından uğurla keçib;
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - 62 yerə qarşı qeydə alınmış 325 namizəddən 97-si test imtahanından uğurla keçib;
- İqtisadi İnkişaf Nazirliyi - 13 yerə qarşı qeydə alınmış 300 namizəddən 86-sı test imtahanından uğurla keçib;
- Mədəniyyət və Turizm Nazirliyi - 12 yerə qarşı qeydə alınmış 251 namizəddən 83-ü test imtahanından uğurla keçib;
- Maliyyə Nazirliyi - 24 yerə qarşı qeydə alınmış 200 namizəddən 82-si test imtahanından uğurla keçib;
- Bakı Apelyasiya Məhkəməsi - 21 yerə qarşı qeydə alınmış 243 namizəddən 78-i test imtahanından uğurla keçib.
Dövlət Dəniz Administrasiyası, Lənkəran Rayon Məhkəməsi, Hacıqabul Rayon Məhkəməsi, Xocalı Rayon Məhkəməsi, Şəki Rayon Məhkəməsi üzrə qeydə alınmış 1 namizəddən heç biri test imtahanından keçə bilməyib.
Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsi zamanı namizədlərin bir sıra sahələr üzrə bilikləri yoxlanılıb.
Namizədlərin imtahana daha yaxşı hazırlaşması üçün Komissiyanın tərtib etdiyi test imtahanı proqramları və metodiki vəsait 2009-cu ilin noyabr ayından Komissiyanın rəsmi saytında yerləşdirilib.
Komissiya bu musabiqədə də bir sıra yeniliklər edib. Birincisi, test imtahanında namizədlərin dünyagörüşü, əsasən də Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri üzrə bilikləri yoxlanılıb. İkincisi, keçid balları inzibati vəzifələrin təsnifatı nəzərə alınmaqla fərqləndirilib. Belə ki, inzibati vəzifələrin 6 və 7-ci təsnifatları üzrə keçid balı 80 bal, 8 və 9-cu təsnifatları üzrə keçid balı isə 70 bal müəyyənləşdirilib. Üçüncü yenilik namizədlərin məntiqi düşünmə qabiliyyətinin yoxlanılması ilə bağlı olub. İnzibati vəzifələrin 6 və 7-ci təsnifatları üzrə məntiqi düşünmə qabiliyyətinin yoxlanılması üçün təqdim edilən 30 test tapşırığından ibarət test blokunun 50%-ni, 8 və 9-cu təsnifatları üzrə isə 40%-ni düzgün cavablandırıb və müvafiq vəzifənin təsnifatı üzrə keçid balı toplamış namizəd imtahanı müvəffəqiyyətlə vermiş hesab edilib. Dördüncü yenilik isə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan vəzifələr üzrə test imtahanından uğur qazanmayan, lakin inzibati vəzifələrin 8-9-cu təsnifatlarına uyğun olan vəzifələr üzrə müəyyən edilmiş keçid balını toplayan namizədin vəzifənin tutulma şərtləri nəzərə alınmaqla bu təsnifatlara uyğun olan vəzifələrin tutulması üçün keçirilən müsabiqənin müsahibə mərhələsində iştirak edə bilməsi ilə bağlı olub. Test imtahanının qrafiki də dördüncü yeniliyin bu tələbi nəzərə alınmaqla tərtib edilib. Belə ki, test imtahanında ilk olaraq inzibati vəzifələrin 6-7-ci, sonra isə 8-9-cu təsnifatları üzrə qeydə alınmış namizədlər iştirak ediblər.

1285