Prezident İlham Əliyev Bakıda yol qovşağının açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 2-də Bakının Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində müxtəlif səviyyəli yol qovşağının ikinci kompleksinin açılışında iştirak edib. Lent.az-ın “AzərTAc” agentliyinə istinadən verdiyi məlumata görə, nəqliyyat naziri Ziya Məmmədov prezident İlham Əliyevə yeni yol qovşağının texniki göstəriciləri haqqında məlumat verib.
Nazir bildirib ki, Heydər Əliyev adına Beynəlxalq hava limanına gedən magistral yol ilə Ziya Bünyadov prospektinin kəsişməsindəki Böyükşor yol qovşağının ikinci kompleksinin ümumi uzunluğu 1194 metrdir. Bura 5 körpü, körpü yanaşmaları və digər yol qovşaqları daxildir. Azərbaycanda ilk dəfə olaraq bu yol qovşağında dəmir tağlar tətbiq olunub.
Dövlət başçısı yol qovşağının layihəsinə və fotoşəkillərə baxıb. Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsib, inşaatçıları təbrik edərək, onlara uğurlar arzulayıb.

Oxşar yazılar

Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12
Bəy toyda atasını dəli etdi və sillələndi
11 iyul 2025 , 16:29Havanın temperaturu 40 dərəcəni keçəcək - XƏBƏRDARLIQ
11 iyul 2025 , 15:26
Tək ümidləri yağışa qalıb: İmişlidə pambıq sahələri və bostanlar SUSUZLUQDAN YANIR
11 iyul 2025 , 14:03