Prezident İlham Əliyev Fəvvarələr meydanında olub
02 iyul 2010 14:18 (UTC +04:00)

Prezident İlham Əliyev Fəvvarələr meydanında olub

İyulun 2-də Bakının ən gözəl istirahət məkanlarından biri - Fəvvarələr meydanı yenidənqurma işlərindən sonra istifadəyə verilib. Lent.az-ın “AzərTAc” agentliyinə istinadən verdiyi məlumata görə, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada aparılmış yenidənqurma işləri ilə tanış olublar.

Prezidentə məlumat verilib ki, yenidənqurma işləri zamanı əsas diqqət ərazinin təkrarolunmaz koloritinin qorunub saxlanılmasına yönəldilib. Fəvvarə, pavilyon və köşklər yenidən qurulub, bitki aləmi qorunub, yenidənqurma mərhələsində yaşıllıq zolağının sahəsi artırılıb.

Fəvvarələr meydanı salınandan sonra ilk dəfə aparılan abadlıq və yenidənqurma işləri zamanı Bakının tarixi, onun keçmişi ilə sıx bağlı olan bu ərazinin bədii tərtibatına xüsusi diqqət ayrılıb.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Fəvvarə” restoran-kafesində yaradılan şəraitlə də tanış olublar.

Dövlət başçısına meydanı əhatələyən binalarda aparılan bərpa və tikinti işləri barədə məlumat verilib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxt sakinlərinin “kitab pasajı” kimi tanıdığı ərazidə aparılan yenidənqurma işləri ilə də tanış olublar.

Azərbaycan prezidenti “Xəqani” bağında aparılan yenidənqurma işləri ilə də maraqlanıb, Nizami küçəsində salınan yeni parka və ərazidə yaradılan fəvvarəyə də baxıb, küçədə davam edən bərpa işlərinin gedişi ilə tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 404

Oxşar yazılar