Hidayət Orucov: “Dini ocaqların icazəsiz tikinti və təmiri işləri dayandırılmalıdır”
Dövlət Komitəsində məscid, kilsə və sinaqoqların tikintisilə bağlı yeni qurum yaradılıb
Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQDK) müraciət olunmadan başlanan dini ocaqların (məscid, kilsə, sinaqoq və s.) tikinti və bərpası işləri dərhal dayandırılmalıdır. Lent.az-ın məlumatına görə, bunu DQDK sədri Hidayət Orucov iyulun 7-də 30-dan artıq dini icma rəhbərilə görüşündə deyib.
H.Orucov qeyd edib ki, qanunvericiliyə əsasən, dini ocaqların tikilməsi, həmçinin mövcud dini ocaqların təmir-bərpası işlərinin aparılması ilə bağlı DQDK-ya müraciət etmək lazımdır. Həmin müraciətə DQDK nəzdində yeni yaradılmış Şurada baxılacaq və müvafiq qərar qəbul olunacaq. H.Orucov deyib ki, yalnız həmin Şuranın müsbət rəyi və Komitənin rəsmi icazəsindən sonra dini ocağın tikintisinə başlanıla, hazırda yarımçıq qalan tikilinin işləri tamamlana və dini ocaqda təmir-bərpa işləri aparıla bilər.
“Biri ərəb məscidi tikir, biri Türkiyə məscidi tikir, bir başqası da İran məscidi. Axı Azərbaycanın öz memarlıq ənənələri var” – deyə, H.Orucov bildirib.
Qeyd edək ki, dini ocaqların tiikntisilə bağlı DQDK-da yaradılmış yeni Şuraya Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, yerli icra hakimiyyəti orqanları və Qafqaz Müsəlmanları İdarəsinin təmsilçiləri daxildir.
Pərvin ABBASOV

457