I sinfə vaxtından əvvəl qəbulu qaydaları təsdiqləndi
Təhsil Nazirliyi “Ümumtəhsil məktəblərinin I sinfinə uşaqların vaxtından əvvəl qəbulu Qaydaları”nı təsdiqləyib
Təhsil Nazirliyi “Ümumtəhsil məktəblərinin I sinfinə uşaqların vaxtından əvvəl qəbulu Qaydaları”nı təsdiqləyib.
Lent.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa uyğun hazırlanıb və məktəb yaşına çatmayan uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı prosedurları müəyyən edir.
Sənəddə qeyd olunur ki, ümumtəhsil məktəblərinin I sinfinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər. İstisna hallarda 6 yaşı sentyabrın 15-dən oktyabrın sonunadək olan müddətdə tamam olmuş istedadlı uşaqlar məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər.
Noyabr ayı ərzində 6 yaşı tamam olmuş xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbuluna avqustun əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar qəbul edilir. Komissiyanın rəyi əsas tutulmaqla vaxtından əvvəl I sinfə qəbuluna razılıq verilmiş uşaqlar haqqında yerli təhsil orqanlarına məlumat göndərilir. Həmin uşaqların müvafiq məktəblərin I sinfinə qəbulu mövcud qaydalar üzrə rəsmiləşdirilir.
Naxçıvan MR ərazisində uşaqların vaxtından əvvəl I sinfə qəbulu bu “Qaydalar” əsasında Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

480