Azərbaycandan deportasiya qaydaları təsdiqləndi
İmmiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə hüdudlarından kənara çıxarılması qaydaları təsdiqləndi
Nazirlər Kabineti “İmmiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması Qaydaları”nı təsdiq edib.
Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sənəddə qeyd olunur ki, immiqrant statusu olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozduqda, Daxili İşlər Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin və ya məhkəmənin qərarı əsasında ölkə hüdudlarından kənara çıxarıla bilərlər.
İmmiqrant statusu olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər insan alverindən zərər çəkmiş hesab olunduqda, onlar barəsində 1 il müddətində Azərbaycan hüdudlarından kənara çıxarılma tətbiq edilmir və qanunvericiliklə müəyyən olunmuş qaydada qeydiyyata alınırlar. İnsan alverinin qurbanı olmuş uşaqlar barəsində də ölkə hüdudlarından kənara çıxarılma tətbiq edilmir. Şəxsiyyətlərini müəyyən etmək mümkün olmayan insan alveri qurbanları Azərbaycan hüdudlarından kənara çıxarılırlar.
İmmiqrant statusu olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər insan alveri və ölkəmizin milli təhlükəsizliyi - dövlətin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, konstitusiya quruluşu, xalqın və ölkənin milli maraqları, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafeləri ilə bağlı cinayət təqibi orqanlarına yardım göstərdikdə, həmin şəxslər barəsində Azərbaycan hüdudlarından kənara çıxarılma cinayət təqibi başa çatanadək tətbiq olunmur.
İmmiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətlərini təsdiq edən sənədləri olmadıqda (itirildikdə, gizlədildikdə və s.), Dövlət Miqrasiya Xidməti və ya Daxili İşlər Nazirliyi ilə xarici ölkələrin səlahiyyətli dövlət qurumları arasında müvafiq razılaşma olduğu təqdirdə birbaşa, bütün digər hallarda isə Xarici İşlər Nazirliyi vasitəsilə müraciət olunaraq müvafiq sənədləşmə işləri aparılır və onların şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər görülür. İmmiqrant statusu olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən onların Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qəbul olunmuş qərarda müəyyən edilmiş müddətdə (48 saat) Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. Həmin şəxslərin ölkə hüdudlarından kənara çıxarılması ilə bağlı sənədləşmə yubandıqda və ya çıxarılma haqqında qərarın icrasına mane olan digər hallar (həmin şəxslərin təcili müalicəsinə ehtiyac olduqda, yaxud Azərbaycanda yaşayan yaxın qohumları ağır xəstələndikdə və ya vəfat etdikdə) meydana çıxdıqda, çıxarılma haqqında qərarı qəbul etmiş orqan çıxarılma müddətinin uzadılması məsələsinə baxır.
Barəsində Azərbaycan hüdudlarından kənara çıxarılma haqqında qərar qəbul edilmiş immiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslər həmin qərar icra olunanadək Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü olaraq yerləşdirilir və saxlanılırlar. Azərbaycanı tərk etməkdən boyun qaçıranlar müvafiq məhkəmənin (hakimin) qərarı əsasında tutulur və məcburi qaydada ölkədən çıxarılırlar. Bu şəxslərin çıxarılmasına görə xərclər onların öz üzərinə düşür. Bu şəxslərin çıxarılması üçün onların vəsaitləri olmadıqda, belə xərclərin ödənilməsi onları qəbul edən idarə, müəssisə və təşkilatların, Azərbaycanda yaşayan və ya şəxsi işlə bağlı olaraq Azərbaycana gələn immiqrant statusu olmayan əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əlaqədar isə bu xərclərin ödənilməsi qərarı icra edən orqanın üzərinə düşür. Onlar ölkədən çıxarılmaları haqqında qərardan məhkəməyə şikayət edilə bilərlər. Şikayətin edilməsi qərarın icrasını dayandırmır. Eyni zamanla bu zaman həmin şəxslər Daxili İşlər Nazirliyi və ya Dövlət Miqrasiya Xidməti tərəfindən məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilməlidirlər.
Barəsində Azərbaycan hüdudlarından kənara çıxarılma haqqında qərar qəbul edilmiş immiqrant statusu olmayan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkə hüdudlarından kənara məcburi çıxarılması aşağıdakı istiqamətdə həyata keçirilir:
- əcnəbi - vətəndaşı olduğu ölkəyə;
- vətəndaşlığı olmayan şəxs - bundan əvvəl daimi yaşadığı ölkəyə, Azərbaycana birbaşa gəldiyi ölkəyə, onu qəbul etmək istəyi olan və bu barədə vəsatət qaldıran ölkəyə;
- ikili vətəndaşlığı olan şəxs - daimi yaşadığı və ya daha sıx əlaqəli olduğu ölkəyə.

1153