Ukraynada azərbaycanlı aspirant elmlər namizədi oldu
05 iyul 2010 18:30 (UTC +04:00)

Ukraynada azərbaycanlı aspirant elmlər namizədi oldu

Ukraynada azərbaycanlı aspirant Anar Tahirov siyasi elmlər namizədi adına layiq görülüb.



Dünya Azərbaycanlıları Konqresinin Ukrayna nümayəndəliyindən Lent.az-a verilən məlumata görə, Kiyev şəhərindəki Heydər Əliyev adına Sosial Elmlər və Beynəlxalq Əlaqələr İnstitutunu bitirən Anar Tahirov Ukrayna Ali Attestasiya Komissiyasının Elmi Şurası qarşısında “Dövlət hakimiyyət orqanlarının fəaliyyətində informasiya təminatı” mövzusunda dissertasiyasını müdafiə edərək, siyasi elmlər namizədi adına layiq görülüb.


A.Tahirov 2001-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti ilə Kiyev şəhərindəki Heydər Əliyev adına Sosial Elmlər və Beynəlxalq Əlaqələr İnstitutuna göndərilən 10 tələbədən biridir. O, 2004-cü ildə beynəlxalq siyasi münasibətlər fakültəsinin bakalavr, 2006-cı ildə isə magistr pilləsini qırmızı diplomla bitirib. 2006-cı ildə institutu fərqlənmə diplomu ilə bitirdiyi üçün, Təhsil Nazirliyinin göndərişi ilə təhsilini Ukrayna MEA-nın Dövlət və Hüquq Elmi Araşdırmaları İnstitutunun aspiranturasında davam etdirib. Aspiranturada təhsil aldığı müddətdə Azərbaycan və Ukraynanın müxtəlif elmi jurnallarında 20-yə yaxın elmi məqaləsi dərc olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 553

Oxşar yazılar