Dövlət Xidmətindən istehlakçılara xəbərdarlıq
“Saba şirkəti” MMC tərəfindən istehsal olunan dondurmaları alarkən diqqətli olun!
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Saba şirkəti” MMC-də yoxlama aparıb. Yoxlama zamanı müəssisədə istehsal edilən dondurmaların üzərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, uyğunluq və gigiyenik sertifikatlarının olmadığı aşkarlanıb. Həmçinin dondurmaların qablaşdırılmasında istifadə edilən vaflilərin istehsalçısı və yararlılıq müddətlərini də müəyyən etmək mümkün olmayıb.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, həmin pozuntularla əlaqədar müəssisənin anbarında olan 7,9 ton hazır məhsulun satışının dayandırılması və ticarət şəbəkəsinə göndərilmiş dondurmaların geri yığılması, üzərində saxlama müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilmiş, uyğunluq və gigiyenik sertifikatları olmayan 2,5 ton bükmə materialından istifadənin dayandırılması barədə “Saba şirkəti” MMC-yə göstəriş verilib. Həmçinin müəssisənin anbarında olan hazır məhsullardan nümunə götürülərək laborator müayinəyə göndərilib.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara “Saba şirkəti” MMC-də istehsal edilən dondurmaları almamağı tövsiyə edir.
Elxan SALAHOV

Oxşar yazılar

Sabah çimərliyə gedənlərin DİQQƏTİNƏ!
13 iyul 2025 , 12:26
Qarpızdakı üç əsas əlamət: onu qətiyyən almamalısınız
13 iyul 2025 , 12:23
Bakıda 40 dərəcə isti olacaq - SABAHIN HAVASI
13 iyul 2025 , 12:05
İşlər çox pis gedəcək: Bu BÜRCLƏRİ ilin ən çətin dövrü gözləyir
13 iyul 2025 , 09:09
Qızmar istilər kim üçün təhlükəlidir?
13 iyul 2025 , 04:35
İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25