Misir Mərdanov: “I sinfə qəbul köhnə qaydada aparılacaq”
05 iyul 2010 13:30 (UTC +04:00)

Misir Mərdanov: “I sinfə qəbul köhnə qaydada aparılacaq”

Hazırda məktəblər adi və köhnə qaydada şagirdlərin qəbulunu aparır”. Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında belə deyib. O qeyd edib ki, sentyabrın 15-dək 6 yaşı tamam olmuş uşaqlar adi qaydada məktəbə müraciət etməklə I sinfə qəbul oluna biləcəklər. Nazir I sinfə qəbulla bağlı Təhsil Nazirliyində komissiyanın yaradılması barədə məlumatların həqiqətə uyğun olmadığını vurğulayıb.


M.Mərdanovun sözlərinə görə, noyabrın axırınadək 6 yaşı tamam olmayan, lakin istedadlı uşaqların valideynləri ola bilər ki, övladlarının I sinfə qəbul olunmasını istəsinlər. Yalnız belə uşaqlar üçün Təhsil Nazirliyində xüsusi qrup yaradılıb. Həmin qrupda psixoloq da var.


Nazir bildirib ki, noyabrın axırınadək 6 yaşı tamam olmayan, lakin xüsusi istedad və bacarığa malik uşaqların valideynləri onların I sinfə qəbul olunmalarını istəyirsə, bu halda həmin qrup uşaqların istedad və bacarıqlarını, psixoloji durumunu yoxlayaraq, onların I sinfə qəbul olunub-olunmamasına dair ilkin qərar verəcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 559

Oxşar yazılar