“Dondurma” dövlət standartına dəyişiklik edildi
Pirojnalar, tortlar və kekslərin neçə gün saxlanacağı da müəyyənləşdi
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun 1 iyul 2010-cu il tarixli əmri ilə “AZS 228-2006” “Dondurma” dövlət standartına dəyişikliklər qüvvəyə minib.
Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dəyişikliklərə əsasən, məhsulun saxlanma müddətinin artırılmasını şərtləndirən konservantlar, emulqatorlar, eləcə də digər əlavələr və qatqılar tətbiq edilmədən istehsal olunan dondurmaların saxlama müddəti mənfi 180C-dən yüksək olmayan temperaturda aşağıdakı kimi müəyyənləşdirilir:
Südlü – 1 ay
Qaymaqlı – 1,5 ay
Plombir – 2 ay
Pirojnalar, tortlar və kekslər – 15 gün
Meyvəli-giləmeyvəli və aromatik – 1,5 ay
Bundan başqa, dəyişikliyə əsasən, məhsulların istehsalında beynəlxalq təcrübəyə əsaslanan müasir texnologiyalardan istifadə edildikdə, eləcə də məhsulun saxlama müddətinin artırılmasına zəmanət verən Səhiyyə Nazirliyi tərəfindən istifadəsinə icazə verilmiş konservantlar, stabilizator-emulqatorlar və digər qida əlavələri standartlara uyğun olaraq əlavə edildikdə südlü, qaymaqlı və plombir dondurmaları mənfi (18 ± 2)0C-dən yüksək olmayan temperaturda ən çoxu 10 ay, həmin dondurmalardan hazırlanan tortlar, kekslər və pirojnalar mənfi (18 ± 2)0C-dən yüksək olmayan temperaturda ən çoxu 6 ay saxlanıla bilər.

487