Ramil Usubov: “Biz məvacibimizdən razıyıq”
02 iyul 2010 17:30 (UTC +04:00)

Ramil Usubov: “Biz məvacibimizdən razıyıq”

“Gələcəkdə ölkədə cinayətkarlığın səviyyəsinin minimuma endirilməsi üçün daxili işlər orqanlarının əməkdaşları bütün gücləri ilə çalışacaqlar”. Lent.az-ın verdiyi məlumata görə, bunu jurnalistlərə daxili işlər naziri Ramil Usubov deyib.



Bu il keçiriləcək parlament seçkilərinə də toxunan daxili işlər naziri bildirib ki, təbliğat kampaniyası başlayandan sonra polis də qanunvericiliyə uyğun olaraq gücləndirilmiş iş rejimində işləyəcək və asayişi təmin edəcək. .



Ramil Usubov polislərin yaş senzi və əməkhaqqı barədə də danışıb. Onun sözlərinə görə, 1998-ci ilə qədər polis əməkdaşları 50 yaşa qədər işləyə bilərdilər, 1998-ci ildən sonra bu, 55 yaşa yüksəldilib: “Ancaq polis işçisi çox yaxşı işləsə, 60 yaşa qədər də işləyə bilər. Hələlik yaş məsələsinin artırılması, yaxud bu məsələyə dəyişiklik edilməsi nəzərdə tutulmur”.


O, polislərin əməkhaqqının yaxın zamanlarda artırılmasının isə nəzərdə tutulmadığını qeyd edib: “Biz məvaciblərimizdən razıyıq. Ölkənin sosial-iqtisadi durumuna uyğun məvacib alırıq”.




Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1268

Oxşar yazılar