5,7 min ədəd pirat DVD məhv edilib
Haqsız rəqabət apardığına görə sahibkar Zhenhui Zheng barəsində iş qaldırılıb
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakı şəhəri, M.Rəsulzadə küçəsi-5 ünvanında yerləşən “Hong Kong” mağazasının sahibi Zhenhui Zhengə qarşı 1,6 min manat maliyyə sanksiyası tətbiq edib. Buna səbəb onun pirat DVD məhsulları satmaqla istehlakçıları çaşdırması və haqsız rəqabətə yol verməsidir.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin bir müddət əvvəl apardığı yoxlamalar zamanı satışdan çıxarılmış 5,7 min ədəd pirat DVD-lər də qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.
Xatırladaq ki, audiovizual sənaye məhsullarının satışı zamanı haqsız rəqabət hallarının qarşısının alınması məqsədilə daxil olmuş şikayət əsasında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, M.Rəsulzadə küçəsi, 5 ünvanında Zhenhui Zhengə məxsus “Hong Kong” mağazasında aparılan yoxlama zamanı aşkar edilmiş 5,7 min ədəd pirat DVD satışdan çıxarılmışdı. Sahibkar Zhenhui Zheng barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Elxan SALAHOV

568