I ixtisas qrupunun abituriyentləri, tələsməyin!
I ixtisas qrupu üzrə imtahanlar Bakı ilə yanaşı, Sumqayıt, Gəncə və Naxçıvanda da keçiriləcək.
Lent.az-ın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, iyulun 4-də III ixtisas qrupu üzrə keçiriləcək imtahanlar isə yalnız Bakı, Sumqayıt və Naxçıvanda keçiriləcək. Bu ixtisas qrupu üzrə imtahanların Gəncədə keçirilməməsinə səbəb birinci mərhələdə bu imtahanların Gəncədə keçirilməsinə tələbatın olmaması ilə bağlıdır.
Məleykə Abbaszadə I ixtisas qrupuna sənəd vermiş abituriyentlərə tələsməməyi məsləhət görüb. Onun sözlərinə görə, həmin abituriyentlərin imtahana buraxılış vərəqəsi sabah və ya birisi gün elan olunacaq. Bundan sonra məlum olacaq ki, I ixtisas qrupuna sənəd vermiş abituriyentlərdən hansıları Bakıda və ya Gəncədə imtahan verəcək.
TQDK sədri onu da qeyd edib ki, hər bir ixtisas qrupu üzrə imtahanlardan 3 gün sonra imtahanın nəticələri elan olunacaq.
Elxan SALAHOV

Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
18 iyul 2025 , 20:32
“Naxçıvan” hoteli sökülür
18 iyul 2025 , 19:31
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
18 iyul 2025 , 19:20
Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı alacaqlar
18 iyul 2025 , 18:44
Sabahdan "Sea Breez"ə avtobus xətti açılır - Gedişhaqqı nə qədərdir?
18 iyul 2025 , 17:39
Fərid Şahbazlı: “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”
18 iyul 2025 , 17:30Dəhşətli istilər bu tarixədək davam edəcək
18 iyul 2025 , 16:54