Bakının ən ağrılı problemi 5 il sonra həllini tapacaq
Arif Rəhimzadə: “Bu iş böyük vaxt və vəsait tələb edən bir məsələdir...”
Bakıda bələdiyyələr tərəfindən qanunsuz sərəncamlarla torpaqların verilməsi və bunun nəticəsində çoxlu sayda qanunsuz evlərin tikilməsinin əsas səbəbi paytaxt bələdiyyələrinin mülkiyyətlərinlə olan əraziləri göstərən xəritələrin yoxluğu ilə bağlı olub.
Məsələ ilə bağlı Lent.az-ın sualını cavablandıran Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə problemin mövcud olduğunu təsdiqləyib. O deyib ki, ərazi vahidlərinin ölçülməsi qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış sərəncama uyğun olaraq aparılır: “Bu sərəncama uyğun olaraq mərhələ-mərhələ Azərbaycan ərazisində bu işlər aparılır. Bu iş böyük vaxt və vəsait tələb edən bir məsələdir. Bakı şəhərində bu, xüsusən çox mürəkkəb məsələdir. Çünki burada kartoqrafiya işləri ilə kifayətlənilmir, sərhədlərin müəyyənləşdirilməsi lazımdır. İş aparılır, vəsait ayrıldıqca bu məsələlər öz həllini tapacaq. Bakıda bu işlərin başa çatdırılması 4-5 il tələb edir”.
Qeyd edək ki, hələ də paytaxtda bələdiyyələrin əksəriyyətinin qanuni mülkiyyətində olan torpaqlar yoxdur. Üstəgəl, Bakıda torpaqların böyük bir hissəsi ARDNŞ-in mülkiyyətindədir və şirkət bələdiyyələrin bir zaman sərəncamla vətəndaşlara verdiyi torpaqların da ona aid olduğunu iddia edir və məhkəməyə üz tutur. Elə buna görə də torpaq satışı ilə bağlı qanunvericilik dəyişsə də, hələ də paytaxtdakı bələdiyyələrin əksəriyyəti qanuni torpaq mülkiyyətinə malik olmadıqları üçün hərraca torpaq çıxara bilmir.
Azərbaycanın rayonlarında isə belə bir problem yoxdur. Çünki hələ 1995-1996-cı illərdə kolxoz və sovxoz torpaqlarının özəlləşdirilməsi zamanı kartoqrafiya işləri aparılıb. Rayon mərkəzlərində də bələdiyyələrin mülkiyyətində olan torpaq sahələri məlumdur.
Qeyd edək ki, hazırda bələdiyyələrin reyestrinin aparılması səlahiyyəti parlamentə verilib. Bələdiyyələr həm də parlament qarşısında hesabat verməlidir.
Ramiz Mikayıloğlu

421