Şirvan-Astara qatarlarının hərəkəti bərpa olunur
01 iyul 2010 17:30 (UTC +04:00)

Şirvan-Astara qatarlarının hərəkəti bərpa olunur

İyulun 4-dən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Şirvan-Astara sahəsində qatarların hərəkəti bərpa olunacaq.


Qatarlar tamamlama işləri gedən sahələrdə müəyyən sürət məhdudiyyəti ilə hərəkət edəcək. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Lent.az-a bildirib ki, 660-672/659-671 saylı Bakı-Astara-Horadiz sərnişin qatarı Bakı-sərnişin stansiyasından Astaraya 4 iyul, Astara stansiyasından Bakı-sərnişin stansiyasına 5 iyul tarixində yola düşəcək. 616-615 saylı Bakı-Astara “Ekspress” qatarı isə 6 iyul 2010-cu ildə Bakı-sərnişin stansiyasından yola düşəcək.


Nadir Əzməmmədov bildirib ki, bərpa işləri tam başa çatandan sonra sərnişin və yük qatarlarının müəyyən olunmuş sürəti təmin ediləcək.


Xatırladaq ki, Kür və Araz çaylarında suyun səviyyəsinin qalxması ilə əlaqədar daşqınların əmələ gəlməsi nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Şirvan-Astara sahəsində 9 may saat 16. 30-dan etibarən qatarların hərəkəti dayandırılmışdı.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 437

Oxşar yazılar