Türkiyə Kürün istiqamətini dəyişsə...
Ekologiya və Təbii Sərvətlər Nazirliyində bunun Azərbaycana ciddi təsir göstərməyəcəyi qənaətindədirlər
Türkiyə öz ərazisində Kürün istiqamətini dəyişsə belə, bu, çayın ekoloji vəziyyətinə və Kür çayında su ehtiyatlarının azalmasına ciddi təsir etməyəcək.
Bunu Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. Onun sözlərinə görə, Gürcüstanın Hidrometeorologiya Xidmətinin Kür–Xartvisi məntəqəsində apardığı çoxillik müşahidələr Türkiyə ərazisindən Gürcüstana su sərfinin orta hesabla saniyədə 30-35 kubmetr olduğunu göstərir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin çoxillik məlumatına görə isə Gürcüstandan Azərbaycana daxil olan axım Kür-Qıraq Kəsəmən məntəqəsində orta hesabla 270-300 kubmetr saniyə və ya 8,5-9,5 kubkilometrdir.
İradə İbrahimova bu rəqəmləri müqayisə edərək bildirir ki, Türkiyədən Gürcüstana Kür çayı ilə gələn suyun həcmi Gürcüstandan Azərbaycana gələn suyun həcminin 10-12 faizini təşkil edir.
Xatırladaq ki, Azərbaycanın su ehtiyatlarının təxminən 70 faizə qədər Kür çayının payına düşür.
Qeyd edək ki, Türkiyə Kür çayını Qara dənizə istiqamətləndirəcəyi barədə məlumat yayıb.
Elxan SALAHOV

403