Dövlət Gömrük Komitəsindən “Avro-2”nin tətbiqi ilə bağlı açıqlama
01 iyul 2010 13:00 (UTC +04:00)

Dövlət Gömrük Komitəsindən “Avro-2”nin tətbiqi ilə bağlı açıqlama

Bu gündən Azərbaycanda avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə “Avro-2” ekoloji normalarının tətbiqinə başlanılır



Bu gündən etibarən Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal olunan və ya Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə “Avro-2” ekoloji normaları tətbiq edilir.


Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “APA-ECONOMICS”ə verilən məlumata görə, bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması tədbirləri barədə” 6 mart 2010-cu il tarixli, 45 nömrəli qərarı imzalanıb.


Həmin qərara əsasən “Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması üzrə Tədbirlər Planı” təsdiq edilib.


Tədbirlər Planının 1 və 2-ci bəndlərində qeyd olunan tədbirlərin, yəni Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair texniki normativlərin və Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası tərəfindən avtonəqliyyat vasitələrindən atılan zərərli maddələrə dair qəbul edilmiş Avropa standartlarına uyğun milli standartlar Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblər” Dövlət standartı hazırlanaraq təsdiq edilib.


Bununla əlaqədar dövriyyəyə buraxılmaq məqsədilə 2010-cu ilin iyulun 1-dən etibarən respublika ərazisinə gətirilən avtonəqliyyat vasitələri beynəlxalq təcrübədə tətbiq olunan prinsiplərə uyğun, yəni avtonəqliyyat vasitəsinin mənşə ölkəsinə görə buraxılış ilindən asılı olaraq Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilən siyahı əsasında sərhəd-buraxılış məntəqələrindən ölkə ərazisinə daxil olur.


Həmçinin avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarını yoxlamaq məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq avadanlıqlar alınıb və gömrük rəsmiləşdirilməsini həyata keçirən Avtonəqliyyat Gömrük İdarəsində iş otaqları ayrılıb
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 505

Oxşar yazılar