14 mağazada yararsız məhsul aşkarlandı - SİYAHI
01 iyul 2010 10:30 (UTC +04:00)

14 mağazada yararsız məhsul aşkarlandı - SİYAHI

Bakı, Sumqayıt, Şəki və Ağdamda vaxtı ötmüş məhsullar satışdan çıxarılıb

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ticarət mərkəzlərində apardığı monitorinqlərin nəticəsini açıqlayıb. Bu dəfə yoxlamalar Bakı və Sumqayıt şəhərlərini, Şəki və Ağdam rayonlarını əhatə edib.


Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, monitorinq zamanı 14 mağazanın hər birində istifadə müddəti ötmüş yararsız məhsullar aşkarlanıb. Mağazaların böyük əksəriyyəti yenə də paytaxt Bakının payına düşür. Həmin mağazaları bunlardır:


Bakının Nizami rayonunda
- 8-ci Köndələn, 1-ci eninə küçəsində “Sabina PŞC” MMC-yə məxsus anbarda;


Yasamal rayonunda
- M.Rahim küçəsi, ev D, 528-ci məhəllədə yerləşən “Nur market”də;
- M.Müşfiq küçəsi, ev 15/17 ünvanında yerləşən “Cavid market”də;


Abşeron rayonunda
- Novxanı qəsəbəsində yerləşən “Dalğa market”də;
- Novxanı qəsəbəsində yerləşən “Sunset” restoranında;
- Novxanı kəndi, dəniz kənarında yerləşən “Həyat market”də;


Sumqayıt şəhərində
- Dəniz kənarında yerləşən “Flaqman” restoranında;
- Corat bağları ünvanında yerləşən “Ləpədöyən market”də;
- Sarı qaya ərazisində, 970 saylı bağ ünvanında yerləşən “Ulduz market”də;
- Novxanı yolunda yerləşən “Neptun” istirahət mərkəzində;
- Novxanı şosesində yerləşən “Orxan” kafesində;


Şəki şəhərində
- Sarabski küçəsində yerləşən “Həsən market”də;


Ağdam rayonunda
- Quzanlı qəsəbəsində Hicran Məmmədovaya məxsus mağazada.


Monitorinq zamanı ümumi çəkisi 150 kiloqrama yaxın olan saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları satışdan çıxarılıb. Kolbasa məmulatları, qənnadı məmulatları, sərinləşdirici içkilər, şirələr, uşaq yeməkləri və digər məhsullardan ibarət saxta məhsulların hamısı məhv edilib.
Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486

Oxşar yazılar