“Büllur su”yun istehsalı dayandırıldı
29 iyun 2010 16:00 (UTC +04:00)

“Büllur su”yun istehsalı dayandırıldı

Bu sular təsdiqlənmiş texnoloji təlimat olmadan hazırlanıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi əməkdaşlarının keçirdikləri monitorinq zamanı fiziki şəxs Nizaməddin Zərgərə məxsus istehsal müəssisəsində qanun pozuntuları aşkar edilib.


Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müəyyən olunub ki, müəssisədə istehsal olunan “Büllur su” əmtəə nişanlı qablaşdırılmış içməli sular təsdiq olunmuş texnoloji təlimat olmadan hazırlanır, suyun mənbəyi və istifadəsinə icazə barədə zəruri sənədlər mövcud deyil, istehsal olunan məhsul AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına əsasən sertifikatlaşdırılmayıb.


Araşdırma zamanı həmçinin müəyyənləşdirilib ki, istehsalçı alıcıları çaşdırmaq məqsədilə məhsulun üzərində normativ sənədin adını düzgün göstərməyib. Məhsul “AZS 282-2007” “Qablaşdırılmış içməli su” standartı əsasında hazırlanmasına baxmayaraq, etiketdə “AZS 216-2006” “İçməli təbii mineral sular” göstərilib.


Aşkar olunmuş nöqsanlarla əlaqədar olaraq inzibati protokol tərtib olunaraq məhsul istehsalı dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 626

Oxşar yazılar