3,4 ton keyfiyyətsiz dondurma məhv edildi
25 iyun 2010 11:00 (UTC +04:00)

3,4 ton keyfiyyətsiz dondurma məhv edildi

“Camal” LTD şirkətinin dondurmaları tələblər uyğun deyilmiş


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan “Bakılı qız”, “Oskar”, “Joker”, “Don Maximus”, “İceland”, “Çiyələkli” adlı 3,4 ton dondurmanın məhv edilməsi barədə “Camal” LTD şirkətinə icrası məcburi göstəriş verilib.


Lent.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, göstərişin icrası ilə əlaqədar, müəssisənin anbarında satışı dayandırılmış 3,4 ton dondurma qanunvericilikdə müəyyən edilmiş qaydada məhv edilib.


Dövlət Xidməti tərəfindən “Camal” LTD şirkəti barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işlə bağlı araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 341

Oxşar yazılar