Quba-Xınalıq yolunda partlayış
24 iyun 2010 17:30 (UTC +04:00)

Quba-Xınalıq yolunda partlayış

Quba-Xınalıq yolunun 38-ci km-də sərt qayalıq ərazilərdən keçən hissəsində partlayış törədilib.


Lent.az-ın məlumatına görə, ərazidə baş verən dağ uçqunları nəticəsində yol bəzi istiqamətlərdə daralmışdı. Yolun genişləndirilməsi məqsədilə həmin ərazilərdə iki partlayış törədilib. Partlayışdan öncə ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Yolda hərəkət məhdudlaşdırılıb.


Partlayış Nəqliyyat Nazirliyinin 67 saylı yol istismar idarəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Yol istismar idarəsinin əməkdaşları Lent.az-a bildiriblər ki, yolun 29 km-dən 40-cı km-nə kimi müxtəlif ərazilərdə yenidən partlayışlar törədilməsinə ehtiyac var. Partlayışdan sonra yol iri qaya parçalarından təmizlənib. 4 saatdan sonra hərəkət bərpa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 489

Oxşar yazılar