IX sinif şagirdlərinin imtahan nəticələri açıqlandı
24 iyun 2010 17:00 (UTC +04:00)

IX sinif şagirdlərinin imtahan nəticələri açıqlandı

Orta təhsil səviyyəsi üzrə (IX sinif) buraxılış imtahanlarının nəticələri açıqlanıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, valideynlər və şagirdlər 2009/2010-cu dərs ili üzrə şəhadətnaməyə yazılacaq yekun qiymətləri öyrənmək üçün Təhsil Nazirliyinin rəsmi saytında (edu.gov.az) imtahan bölməsinə baxa bilərlər.

Şagirdlər attestat qiymətləri ilə yanaşı, alacaqları şəhadətnamənin seriya və nömrələrini görə biləcəklər.


Məlumat üçün qeyd edək ki, imtahanın nəticələri ilə bağlı ərizə və şikayətlər şagirdin təhsil aldığı şəhər və rayon təhsil şöbələrində qəbul ediləcək. O cümlədən, Bakı şəhərində təhsil almış şagirdlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə şəhərində təhsil almış şagirdlər Gəncə Şəhər Təhsil İdarəsinə, Abşeron rayonunda təhsil almış şagirdlər Abşeron rayon Təhsil Şöbəsinə və s. müraciət edəcəklər. Yerlərdə imtahanla bağlı ərizə və şikayətlərin qəbulu 26 iyun 2010-cu il tarixədək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1640

Oxşar yazılar