Dondurma istehsalçısı nazirliyi məhkəməyə verdi
“AER” şirkəti istehsal etdiyi dondurmanın keyfiyyəti və yararlığıq müddəti barədə ittihamlarla razılaşmır
Azərbaycanda dondurma istehsalı ilə məşğul olan “AER” şirkəti İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin müəssisənin məhsulları barədə yaydığı məlumatlara münasibət bildirib.
Şirkətdən Lent.az-a bildiriblər ki, onların istehsal etdiyi dondurmaların keyfiyyəti və yararlılıq müddəti ilə bağlı heç bir problem yoxdur: “Bizim məhsulların hamısına Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən uyğunluq sertifikatı verilib. Bundan başqa, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və Sanitar-Epidemioloji Mərkəzin laboratoriyalarında aparılmış gigiyenik, bakterioloji analizlər məhsullarımızın standartlara tam uyğun olduğunu üzə çıxarıb və nəticələrlə bağlı müvafiq rəy də verilib”.
Məhsulların yararlılıq müddəti ilə bağlı iradlara gəlincə istehsalçı bəyan edir ki, bu, Azərbaycanda Dondurma istehsalı üzrə standart olan AZS 228-2006-nın 7.3 bəndinə istinad edərək müəyyən olunur.
Bundan başqa, Dövlət Xidmətinin şirkətin istehsalı olduğunu iddia etdiyi 30 dondurma adından 18-ni “AER” firması istehsal etmir. Həmin adlar sadəcə firma tərəfindən patentləşdirilib. Bütün bunları nəzərə alaraq, “AER” şirkəti yaranmış problemi hüquqi müstəvidə həll etmək üçün artıq məhkəməyə müraciət edib. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi işə mahiyyəti üzrə baxılıb həll edilənədək İqtisadi İnkişaf Nazirliyi Yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 12 iyun 2010-cu il tarixli 000027 saylı aktının, 11 iyun 2010-cu il tarixli “Malların, əşyaların və şeylərin götürülməsi haqqında” protokolun icrası dayandırılıb.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən isə Lent.az-a bildiriblər ki, hazırda “AER” firmasının istehsal etdiyi dondurmalarla bağlı araşdırmalar davam edir.
O ki qaldı şirkətin Dövlət Xidmətini məhkəməyə verməsinə, xidmətdə bu məsələyə münasibət bildirmək istəməyiblər. Yalnız onu bildiriblər ki, bu məsələ barədə məlumatı nazirliyin mətbuat xidməti bildirə bilər.
Elxan SALAHOV

626