Buraxılış imtahanlarında şagirdlərin 84 faizi uğur qazanıb
22 iyun 2010 20:00 (UTC +04:00)

Buraxılış imtahanlarında şagirdlərin 84 faizi uğur qazanıb

Bu il respublika 92 002 şagirddən 88 815-i, yəni 96,54 faizi buraxılış imtahanlarında iştirak edib.


Lent.az-ın verdiyi məlumata görə, bunu təhsil naziri Misir Mərdanov keçirdiyi mətbuat konfransında söyləyib.


Təhsil nazirinin sözlərinə görə, imtahanda iştirak edən şagirdlərdən 74 832 nəfəri (84, 26 faiz) müvəffəqiyyət qazanıb. Bu göstərici ötən ilki rəqəmlərlə müqayisədə 10 faizə qədər çoxdur.


Ölkənin 59 kənd rayonunun ümumtəhsil məktəblərinin 11-ci siniflərdə təhsil alan 60 152 şagirddən 57 273-ü (95,21 faiz) imtahanda iştirak edib. Onlardan 45 515 (79,47 faiz) müvəffəqiyyət qazanıb.


Bakı şəhərinin 11 rayonu, Təhsil Nazirliyinə tabe olan və ali məktəblərin nəzdindəki məktəblər üzrə imtahanda 23 222 nəfər 11-ci sinif şagirdindən 23037-i (99,20 faiz) iştirak edib. Bu şagirdlərdən 21 441-i (93,7 faiz) müvəffəqiyyət qazanıb.


Gəncə, Mingəçevir, Naftalan, Şirvan və Sumqayıt şəhərləri üzrə imtahanda isə 8168 şagirdin iştirakı nəzərdə tutulsa da, onlardan 8048-i (98,53 faiz) bu imtahanlara qatılıb. İmtahanda iştirak edən şagirdlərdən 7 420-i(92,20 faiz) uğur qazanıb.


Elxan Salahov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 454

Oxşar yazılar