10192 nəfər dövlət qulluqçusu kimi pensiya alır
22 iyun 2010 18:00 (UTC +04:00)

10192 nəfər dövlət qulluqçusu kimi pensiya alır

Sabah dövlət qulluqçularının peşə bayramıdır.


Artıq beşinci ildir ki, prezidentin sərəncamı ilə dövlət qulluqçuları özlərinin peşə bayramlarını qeyd edirlər. Dövlət qulluqçuları bir çox sahədə, o cümlədən pensiya təminatında xüsusi imtiyazlara malikdirlər.



Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a bildiriblər ki, aprelin 1-ə olan statistikaya əsasən, Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 10 192 nəfərə çatıb. Onların orta aylıq pensiya məbləği isə 320,34 manatdır.


Dövlət qulluqçularının pensiyasının təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşına uyğunlaşdırılır. 2008-ci ildə dövlət qulluqçularının məvaciblərinin artırılmasına uyğun olaraq göstərilən kateqoriyadan olan şəxslərin pensiyaları iyulun 1-dən orta hesabla 50 faiz artırılıb.


Xatırladaq ki, 2010-cu il aprel ayının 1-i vəziyyətinə Azərbaycanda qeydiyyatda olan pensiyaçıların sayı 1301,7 min nəfərdir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 424

Oxşar yazılar