“Azərenerji” fəlakət nəticəsində dəyən ziyanı hesablayıb
Sabirabad rayonunda hələ suyun tam çəkilib qurtarmadığı və əhalinin yaşamadığı kəndlərə elektrik enerjisi verilmir
Bu ilin aprel-may aylarında baş verən sel və daşqınlar nəticəsində bir sıra bölgələrimizin elektrik enerjisi təsərrüfatına da ciddi ziyan dəyib.
Lent.az-ın “Azərenerji” ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırda qarşıda duran vəzifə təbii fəlakət zonasında enerji təchizatı sistemini sahmana salmaq, ötürücü və paylayıcı şəbəkələrin yenidən qurulmasını təmin etməkdir.
Sel və daşqınların böyük bir hissəsinin “Şirvan Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”nin xidməti ərazisindən keçdiyi üçün şəbəkənin enerji təsərrüfatına da ciddi ziyan vurub. May ayının ortalarında Kür çayının Sabirabad rayonunun Bayramlı qəsəbəsindən keçən hissəsində bəndin dağılması nəticəsində yaranan sel suları həmin ərazilərdə yerləşən elektrik energetikası təsərrüfatına böyük zərər dəyib. Məsələn, Sabirabad rayonunun Çarğan və Azadkənd kəndlərini su basmasının bir sıra yüksək gərginlikli elektrik verilişi xətləri, 110 kV-lik “Sabirabad”, “Salyan”, 330 kV-lik “Şirvan” EVX-lərin bəzi dayaqları təhlükəyə məruz qalıb. Həmin xətlərin dayaqları suyun içərisində olsa da, elektrik verilişi dayandırılmayıb. Yalnız 710 saylı 35 kilovoltluq xətdən su basmış hissələrə enerji verilişi müvəqqəti dayandırılıb. Təbii fəlakətə məruz qalmayan ərazilərdə enerji təchizatının dayanıqlığı təmin edilib.
Sabirabad rayonunda hələ suyun tam çəkilib qurtarmadığı və əhalinin yaşamadığı kəndlərə isə elektrik enerjisi verilmir. Sakinlər evlərinə qayıtdıqca elektrik təsərrüfatına baxış keçirilir, hər bir abonentin fərdi qaydada enerji təchizatı bərpa olunur. 330 kV-lik “Şirvan” və 220 kV-lik “Azərbaycan İES” – “Masallı” EVX-lərin bəzi dayaqları Sabirabadın su basmış ərazilərinə düşür ki, həmin xətlər hazırda gərginlik altındadır. Yaşayış məntəqələrindən su çəkildikcə 10 və 6 kV-lik xətlər də təmir olunaraq yararlı vəziyyətə gətiriləcək.
May ayının üçüncü ongünlüyündə Hacıqabul rayonunun Meyniman kəndi istiqamətində bənd yarılması nəticəsində kəndin bir tərəfində 30-a qədər ev və Xiləmirzə kəndi qısa müddətdə işıqsız qalıb. İndi bu yaşayış məntəqələrində əhali elektrik enerjisindən fasiləsiz istifadə edir. Ümumiyyətlə, hazırda Hacıqabul rayonunda abonentlərin elektrik enerjisi ilə təchizatında heç bir problem yoxdur.

437