Azərbaycanda 14 min şagird imtahandan kəsildi
22 iyun 2010 13:00 (UTC +04:00)

Azərbaycanda 14 min şagird imtahandan kəsildi

“Builki 11-ci siniflərin buraxılış imtahanlarının nəticələri göstərir ki, 14 min şagird attestat ala bilməyəcək.


Həmin şagirdlər gələn il yenidən imtahan verməklə, attestat ala bilmək imkanı qazanacaqlar”. Lent.az-ın məlumatına görə, bu sözləri fikirləri təhsil naziri Misir Mərdanov keçirdiyi mətbuat konfransında deyib.



Nazir bildirib ki, ötən il attestat almayan şagirdlərin sayı 18325 nəfər olub. Onun sözlərinə görə, iyunun 23-də son iki ildə buraxılış imtahanlarından kəsilən və attestat ala bilməyən məzunlar üçün daha bir şans yaradılacaq. Həmin şagirdlər buraxılış imtahanlarına cəlb olunacaqlar. İmtahanlarda iştirak etmək istəyən məzunlar mərkəzləşdirilmiş qaydada imtahan verib, attestat ala bilərlər.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 573

Oxşar yazılar