Kürdə suyun səviyyəsi sürətlə azalır
22 iyun 2010 12:30 (UTC +04:00)

Kürdə suyun səviyyəsi sürətlə azalır

Arazda çirklənmənin səviyyəsi normanı 3 dəfə keçib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, eyni zamanda onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə iyun ayının II ongünlüyü üçün növbəti monitorinq həyata keçirib.

Lent.az-ın Ekologiya Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyun ayının II ongünlüyündə Kür çayında suyun sərfi iyun ayının I ongünlüyünə nisbətən 61 m3/san azalaraq 432 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 4, mis birləşmələri 3, Ağstafaçay məntəqəsində fenollar 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 2, mis birləşmələri 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. Aparılan monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 499 m3/san olub. Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 3, I Şahsevən məntəqəsində fenollar və mis birləşmələri 4, Bəhramtəpə məntəqəsində fenollar 4, mis birləşmələri 3 dəfə YVQH keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 4,07-5,93 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 354

Oxşar yazılar