72 bakalavr imtahanda iştirak etməyib, 2 nəfər zaldan çıxarılıb
21 iyun 2010 18:15 (UTC +04:00)

72 bakalavr imtahanda iştirak etməyib, 2 nəfər zaldan çıxarılıb

Magistraturaya qəbul imtahanlarının ikinci mərhələsinin nəticələri sabah açıqlanacaq



Dünən Bakı və Naxçıvan şəhərlərində ali məktəblərin magistratura pilləsinə keçirilən qəbul imtahanının nəticələr sabah açıqlanacaq.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Lent.az-a bildirib ki, imtahanın ikinci mərhələsində 6613 nəfər iştirak etmək hüququ vardı. Lakin onlardan 72 nəfəri iştirak etməyib. Bundan başqa, 2 nəfər imtahan binasına köməkçi vasitələr keçirməyə cəhd göstərdiyinə görə imtahana buraxılmayıb. Həmin 2 bakalavrdan biri mobil telefonla, digəri isə konspektlə imtahan zalına keçmək istəyib.


Elnur Nağızadə deyib ki, imtahanın nəticələrinin sabah elan olunması nəzərdə tutulur. İyunun 22-dən 25-dək isə ixtisas seçimi mərhələsi olacaq və bu dövr ərzində imtahanın ikinci mərhələsinin şərtlərini ödəyən bakalavrlar seçdikləri ixtisasları təsdiqləməlidir. İyunun 25-dən sonra isə magistraturaya qəbul olunan bakalavrların siyahısı elan olunacaq.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 377

Oxşar yazılar