TQDK sədri narahatdır
11 iyun 2010 17:00 (UTC +04:00)

TQDK sədri narahatdır

Magistratura pilləsinə qəbul üçün ikinci mərhələyə keçmiş 1849 nəfər hələ də ixtisas seçimi aparmayıb

Ali məktəblərin magistratura pilləsinə ixtisas seçimi sabah başa çatır. Amma ikinci mərhələyə keçmiş 6861 bakalavrdan 1849 nəfəri hələ də ixtisas seçimi aparmayıb. Bu, bizi narahat edir, bu qədər bakalavrın niyə ixtisas seçimlərini təsdiqləmədiyini başa düşmürəm. Axı, bu, bir neçə dəqiqənin işidir

Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. O, bildirib ki, indiyədək yalnız 5012 bakalavr ərizəsini təsdiqləyib. Bakalavrların 1849-u hələ də ərizəsini təsdiqləməyib. Onun sözlərinə görə, ali məktəblərə müsabiqədənkənar qəbul olunmaq üçün indiyədək 30 idmançı müraciət edib və hazırda onların sənədləri araşdırılır. Bundan əlavə, beynəlxalq müsabiqədə iştirak edən 1 rəssam və 2 pianoçudan da müraciət daxil olub.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 344

Oxşar yazılar