İyunun 20-də 2 imtahan olacaq
11 iyun 2010 16:30 (UTC +04:00)

İyunun 20-də 2 imtahan olacaq

Bakı İslam Universitetinə ayrılmış 100 plan yerinə qarşı cəmi 50 abituriyent ərizə verib

Tələbə qəbulu üzrə Dövlət Komissiyası iyunun 20-də 2 imtahan keçirəcək. Bunlardan biri rus bölməsi abituriyentləri üçün Azərbaycan dili, digəri isə magistratura pilləsinin ikinci mərhələ üzrə keçiriləcək.

Lent.az-ın məlumatına görə, komissiya sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, rus bölməsi abituriyentləri üçün Azərbaycan dilindən imtahanlar Bakıda və Naxçıvanda keçiriləcək.

TQDK sədri deyib ki, magistraturaya proqram seçiminin vaxtı iyunun 12-də axşam bitəcək. Gələn həftənin çərşənbə günü isə imtahana buraxılış vərəqəsi veriləcək.

Məleykə Abbaszadə deyib ki, Bakı İslam Universitetinə sənəd qəbulu iyunun 15-dək davam edəcək. Onun sözlərinə görə, bu təhsil müəssisəsi üçün ayrılmış 100 plan yerinə qarşı cəmi 50 abituriyent ərizə verib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 451

Oxşar yazılar