Karamelin standartı müəyyənləşdirildi
10 iyun 2010 19:00 (UTC +04:00)

Karamelin standartı müəyyənləşdirildi

Karamelin saxlanma müddəti növündən asılı olaraq 15 gündən 9 ay müddətinə qədər müəyyən edilib


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun əmri ilə AZS 439 – 2010 “Karamel. Ümumi texniki şərtlər” dövlət standartı təsdiq edilib.


Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, bu standart şəkərlə nişasta patkasının və ya invert siropunun bişirilməsindən 1,5-4% nəmliyi olan karamel kütləsi alınana qədər hazırlanan və ticarət şəbəkəsində realizə üçün nəzərdə tutulan şəkərli qənnadı məmulatına – karamelə şamil edilir.


Standartın tələbləri mülkiyyət forması və fəaliyyət növündən asılı olmayaraq, respublikada fəaliyyət göstərən müəssisələr, idarələr, təşkilatlar, sahibkarlıq fəaliyyətinin subyektləri olan vətəndaşlar üçün məcburidir. Normativ sənəddə karamelin çeşidi, növləri, məhsul istehsalına aid texniki tələblər, fiziki-kimyəvi, mikrobioloji göstəricilər, qablaşdırma və markalanma, sınaq üsulları, daşınma və saxlanma haqqında informasiyalar mövcuddur. Karamelin saxlanma müddəti növündən asılı olaraq 15 gündən 9 ay müddətinə qədər müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 511

Oxşar yazılar