Daha 23 mağazada yararsız məhsul aşkarlandı - SİYAHI
10 iyun 2010 18:30 (UTC +04:00)

Daha 23 mağazada yararsız məhsul aşkarlandı - SİYAHI

3 şəhərdə və 6 rayonda vaxtı ötmüş məhsullar satışdan çıxarılıb

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ticarət mərkəzlərində apardığı monitorinqlərin nəticəsini açıqlayıb. Bu dəfə yoxlamalar Bakı, Gəncə və Mingəçevir şəhərlərini və 6 rayonu əhatə edib.


Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, monitorinq zamanı 23 mağazanın hər birində istifadə müddəti ötmüş yararsız məhsullar aşkarlanıb. Mağazaların böyük əksəriyyəti yenə də paytaxt Bakının payına düşür. Həmin mağazaları bunlardır:


Bakının Yasamal rayonunda
- Ş.Qurbanov küçəsi, ev 1 ünvanında yerləşən “5 Qazan” restoranında;


Səbail rayonunda
- İstiqlaliyyət küçəsi, 47 ünvanında yerləşən “Mərkəz Lahmacun” ictimai-iaşə obyektində;


Binəqədi rayonunda
- 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 1/2 ünvanında yerləşən “Faxralı kafe”də;


Xəzər rayonunun Binə qəsəbəsində
- Ə.İsazədə və H.Hasilov küçələrinin kəsişməsində Mahir Kəlbiyevə məxsus mağazada;
- F.Aynulov küçəsində yerləşən “Sizin AS market”də;
- Ə.İsazadə küçəsi, 1 ünvanında yerləşən “Qartal market”də;
- İsazadə küçəsi, ev 62 ünvanında yerləşən “Yeni market”də;
- Bakı-Mərdəkan yolunda yerləşən “Binə market”də;
- Binə-Sovxoz yolunda Dəyanət Babayevə məxsus mağazada;
- 108-ci sahədə yerləşən “Şərur market”də;
- Binə-Sovxoz yolunda yerləşən “Halal market”də;
- Ev 51 ünvanında Vaqif Rzayevə məxsus mağazada;


Abşeron rayonunda
- Hövsan Südçülük Sovxozu ərazisində yerləşən “NR Ekskluziv market”də və “Lerik market”də;


Gəncə şəhərində
- Bağmanlar küçəsi, ev 2 ünvanında yerləşən “İsgəndəroğlu market”də;
- F.Əmirov küçəsində yerləşən “Market-944”də;


Mingəçevir şəhərində
- H.Əliyev prospektində yerləşən “Hüseyn Arazlı market”də və “Fərid market”də;


Quba rayonunda
- Quba-Xaçmaz yolunda Elçin Bahəddinova məxsus mağazada;


Tovuz rayonunda
- Qovlar qəsəbəsində yerləşən “Rəşad ticarət mərkəzi”ndə;


Bərdə şəhərində
- Bakı küçəsində yerləşən “Piramida market”də;


Qəbələ şəhərində
- İ.B.Qutqaşınlı küçəsində Kəmaləddin Sadıqova və Əşrəf Qafarova məxsus mağazalarda;


Şəki şəhərində
- M.Müşviq küçəsində yerləşən “Elnur” mağazasında;
- N.Nərimanov küçəsində yerləşən “Ziyanur” mağazasında;


Füzuli rayonunda
- Bala Bəhmənli kəndində Halis Rzayevə məxsus mağazada.

Monitorinq zamanı ümumi çəkisi 586 kiloqram olan saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları satışdan çıxarılıb. Kolbasa məmulatları, makaron və un məmulatları, süd və süd məhsulları, qənnadı məmulatları, bal, yağlar, konservləşdirilmiş məhsullar, quru meyvələr, pivə, mineral sular, sərinləşdirici içkilər, şirələr, uşaq yeməkləri və digər məhsullardan ibarət saxta məhsulların hamısı məhv edilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 493

Oxşar yazılar