300 milyard dollarlıq ziyan
10 iyun 2010 11:45 (UTC +04:00)

300 milyard dollarlıq ziyan

Hər il dünya iqtisadiyyatı piratçılıqdan bu həcmdə ziyan çəkir


Dünya üzrə beynəlxalq ticarətin 20 faizini qeyri-qanuni məhsul və xidmətlər təşkil edir. Məhz bunun nəticəsində dünya iqtisadiyyatı hər il piratçılıqdan 300 milyard dollar zərər çəkir.


Lent.az-ın məlumatına görə, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov jurnalistlərə açıqlamasında belə deyib. O qeyd edib ki, piratçılıq MDB ölkələrində də geniş yayılıb və bu, region ölkələrinin iqtisadiyyatına ağır zərbə vurur. Onun sözlərinə görə, Azərbaycan hökuməti əqli mülkiyyət hüquqlarının təminatını prioritet sahə kimi qəbul edərək dünyadakı dəyişiklikləri diqqətlə izləyir və bu sahədə bir sıra kompleks tədbirlər görür.


Kamran İmanov bildirib ki, 2009-cu ildə dünyada internet-bazarın ümumi həcmi 8 milyard dollardan çox olub. Bu əqdlərdə iştirak edənlərin sayı isə 875 milyon nəfərdən çoxdur. Onun sözlərinə görə, ən çox satılan intellektual məhsullar arasında kitablar (41 faiz), video, DVD və oyunları (24 faiz), elektronika malları (23) faiz) əsas yer tutur. Amerikada virtual bazardan alınan malların 38 faizi softver, Fransada 40 faiz musiqi və videoproqramlar, Avstriyada 25 faiz kitab və digər çap məhsullarıdır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 410

Oxşar yazılar