“Səhliyalı”nın məhsullarında bağırsaq çöplərinin miqdarı normadan çoxdur
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Səhliyalı” kiçik müəssisəsində araşdırmaları davam etdirir.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, araşdırmalar zamanı xammal kimi istifadə olunan Ukrayna istehsalı “Voloqodskiy” nişanlı qarışıq yağın, habelə müəssisədə istehsal edilən “Halal qarışıq kərə yağı”nın, dovğanın, xamanın, ayranın, qatığın və pendirin tərkibində bağırsaq çöplərinin yol verilən həddən artıq olduğu aşkarlanıb. Bundan başqa, müəssisədə istehsal olunan ət məhsullarının qablaşdırılmasında və bükülməsində istifadə olunan köməkçi materialların uyğunluq sertifikatının olmadığı da müəyyən edilib.
Müəssisədə aşkarlanmış qanun pozuntuları ilə əlaqədar ət və süd məhsulları istehsalının dayandırılması və bu məhsulların ticarət şəbəkəsindən yığılması barədə “Səhliyalı” kiçik müəssisəsinə icrası məcburi göstəriş verilib, müəssisə barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Elxan SALAHOV

Oxşar yazılar

Azərbaycanda dəhşətli istilər gözlənilir - RƏSMİ
4 iyul 2025 , 18:28
İyulda şəxsi həyatlarında köklü dəyişikliklər olacaq BÜRCLƏR
4 iyul 2025 , 18:26
Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
4 iyul 2025 , 17:26
Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq? - PROQNOZ
4 iyul 2025 , 17:11
Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? - ARAŞDIRMA
4 iyul 2025 , 16:39
Yayda zibil maşınlarının ifunətli suları - Sakinlər narazıdır, qurum təkzib edir
4 iyul 2025 , 16:26
108 yaşlı qadın hər gün yeməkdən əvvəl içdiyi alkoqollu içkini açıqladı
4 iyul 2025 , 15:56