Fəlakət zonasında 50 min insan tibbi yardım üçün müraciət edib
2,8 milyon m2 ərazidə qurudulduqdan sonra dezinfeksiya, 5,4 milyon m2 ərazidə isə dezinseksiya tədbirlərinin aparılması tələb olunur
May ayının əvvəllərində Kür çayının daşması nəticəsində Şirvan şəhərində, Zərdab, Sabirabad və digər rayonlarda təbii fəlakət baş verib, bu da əhalinin sağlamlığı üçün potensial təhlükə və sanitariya-epidemioloji gərginlik yaradıb.
Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, daşqınların təsir ərazilərində yaşayan əhali arasında yoluxucu xəstəliklərin fəal aşkar edilməsi və əhali arasında sanitariya-maarifi işlərinin aparılması üçün zərərçəkmiş rayonların tibb müəssisələrinin mütəxəssislərindən ibarət tibbi briqadalar yaradılaraq evbəev gəzintilərə başlayıblar.
Yoluxucu xəstələrin qəbulunun təşkili üçün infeksiya şöbələrində müvafiq şərait yaradılıb. Su basmış ərazilərdən köçürülmüş ailələrin kütləvi şəkildə müvəqqəti məskunlaşdığı bütün yerlərdə tibbi xidmət təşkil edilib. Yaradılmış 17 tibb məntəqəsi və 20-dən artıq səyyar tibb briqadaları kifayət qədər dərman preparatları, sarğı materialları və tibbi ləvazimatlarla təmin edilib.
Əhalinin kütləvi məskunlaşdığı yerlərdə yaradılmış tibb məntəqələrinə bu müddət ərzində 50 mindən artıq müraciət olunub və onlara müvafiq tibbi yardım göstərilib.
Fəlakətdən zərər çəkmiş əhalidən 200 nəfərdən artıq vətəndaş stasionar müalicəyə cəlb olunub, 4 nəfərin üzərində cərrahi əməliyyat keçirilib, 56 doğuş qəbul edilib. Hazırda bu əhalidən 39 nəfəri stasionar müalicədədir. Yeni doğulmuşlar üçün Səhiyyə Nazirliyi tərəfindən uşaq arabaları, uşaq bezləri, yataq, bələk dəstləri, uşaq qidaları, gigiyenik vasitələr və s. alınaraq yerlərə çatdırılıb. Hadisələrdə əhali arasında ən çox psixoemosional gərginliyin keçirilməsini nəzərə alaraq Səhiyyə Nazirliyi tərəfindən göndərilmiş mütəxəssislər yerlərdə əhali arasında psixoloji yardımın göstərilməsi istiqamətində müvafiq tədbirləri həyata keçirirlər.
Əhalinin kütləvi məskunlaşdığı bütün yerlərdə su təchizatı, tullantıların kənarlaşdırılması və qidalanmasının təşkili üzərində sanitariya-epidemioloji nəzarət təmin edilmiş və mütəmadi olaraq dezinfeksiya işləri aparılır.
Ətraf mühitdə müvafiq laborator müayinələrin aparılması ilə xüsusi təhlükəli infeksiyalara görə epidemioloji tədqiqatların həyata keçirilməsi və rayonların bakterioloji laboratoriyaların işi gücləndirilib.
Kür çayının daşması nəticəsində Sabirabad rayonunun su basmış kəndlərindəki zərərçəkmiş 1935 nəfər əhali Şirvan şəhərində Fövqəladə Hallar nazirliyi tərəfindən yaradılmış “Çadır şəhərciyi”ndə və 2 məktəbdə məskunlaşıblar. Müvəqqəti məskunlaşma yerlərində qalan əhaliyə tibbi xidmətin göstərilməsi məqsədilə 3 tibb məntəqəsi və 4 tibb briqadası fəaliyyət göstərir, təcili yardım briqadalarının və nəqliyyatının daimi növbətçiliyi təşkil edilib.
Sabirabad rayonunda 31 mayda əlavə olaraq köçürülmüş 18255 nəfər əhali Sabirabad rayonunda 5 məktəb binasında və 1 çadır şəhərciyində məskunlaşıb. Saatlı rayonu üzrə su basmış məntəqələrdən köçürülmüş 4863 nəfər əhalidən 695 nəfəri məktəblərdə və s. inzibati binalarda yerləşdirilib. 15 kütləvi məskunlaşma yerlərində 8 tibb məntəqəsi təşkil olunub.
Bu ərazilərdə yaşayan əhali arasında kütləvi qida zəhərlənmələrinin qarşısının alınması istiqamətində də müəyyən işlər görülüb. Belə ki, qida sənayesi obyektləri, ictimai iaşə, ticarət, uşaq və yeniyetmə müəssisələri üzərində nəzarət artırılmış, küçə ticarətinin, nəzərdə tutulmayan yerlərdə ət kəsiminin qarşısının alınması üçün dövlət sanitariya nəzarəti gücləndirilib.
Əhalinin istifadə etdiyi su mənbələri üzərində laborator nəzarəti təmin edilib.
Malyariya xəstəliyinin profilaktikası məqsədilə fəal malyariya ocaqlarında epidemioloji vəziyyətdən asılı olaraq lokal kimyəvi profilaktikanın və dezinseksiya tədbirlərinin, su basmış ərazilərdə entomoloji tədqiqatların və su durğunluqlarında delarvasiya işinin aparılmasına başlanıb.
İndiyədək heç bir rayonda yoluxucu xəstəliklər, o cümlədən malyariya, eləcə də qida zəhərlənmələri qeydə alınmayıb. Səhiyyə Nazirliyi qarşısında duran əsas məsələlərdən biri də sel basmış ərazilər qurudulduqdan sonra yoluxucu xəstəliklərin profilaktikası məqsədilə dezinfeksiya və dezinseksiya işlərinin aparılmasıdır.
Qeyd edək ki, sel basmış və qrunt sularının qalxması nəticəsində su altında qalmış 2,8 milyon m2 ərazidə qurudulduqdan sonra dezinfeksiya, 5,4 milyon m2 ərazidə isə dezinseksiya tədbirlərinin aparılması tələb olunur.
Aparılacaq tədbirlər Səhiyyə Nazirliyinin daxili imkanları hesabına həyata keçiriləcək.

415