Məktəblilərimiz 99 medal qazanıb
Beynəlxalq müsabiqələrdə qazanılan medalların 11-i qızıldır
Son illər Azərbaycan məktəblilərinin beynəlxalq müsabiqə və olimpiadalarda əldə etdiyi uğurların sayı xeyli artıb. Azərbaycan məktəbliləri son 3 ildə beynəlxalq müsabiqələrdə 99 medal qazanıb.
Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov “Qlobal Minillik Prizi” beynəlxalq inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimindəki çıxışında belə deyib. Nazir qeyd edib ki, Azərbaycan məktəblilərinin qazandığı 99 medaldan 11-i qızıl, 28-i gümüş, 60-ı isə bürüncdür. Onun sözlərinə görə, ölkələrin əhalisinin sayı ilə müqayisə edilsə, Azərbaycanın dünya ölkələri arasında medalların sayına görə ilk onluqda yer tutur. Dünyanın aparıcı universitetlərində təhsil alan azərbaycanlıların sayı 10 min nəfərdən çoxdur.
“Təkcə Meksikada keçirilən “Qlobal Minillik Prizi” beynəlxalq inşa müsabiqəsinin 10 qalibindən 4-ü Azərbaycandan olub. Təəssüf ki, çoxumuz Azərbaycanı bəyənmirik, deyirik ki, təhsildə iş getmir. Mən bu cür yanaşmadan çox təəssüflənirəm”- deyə, Misir Mərdanov əlavə edib.
Elxan SALAHOV

413