İlin sonuna qədər pensiyaçıların sayı 1 milyon 300 minə qədər artacaq
01 sentyabr 2010 13:19 (UTC +04:00)

İlin sonuna qədər pensiyaçıların sayı 1 milyon 300 minə qədər artacaq

Lent.az-ın məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, pensiyanın artım hissəsi ümumilikdə 13,4 faiz təşkil edir. S. Müslimov 2010-cu il 1 iyul tarixə qədər Azərbaycanda 1 milyon 291 min 139 pensiyaçının olduğunu söyləyib: “İlin sonuna qədər pensiyaçıların sayı 1 milyon 300 minə qədər artacaq. Bu artımdan yararlanmayan hərb qulluqçular, gömrük qulluqçuları və digər bu kateqoriyaya aid pensiyaçıların sayı 54350 nəfərdir. Ümumilikdə 1 milyon 116 min nəfərin pensiyası 10 manat, 15 min nəfərin pensiyası 12 manat, 7630 nəfərin pensiyası isə 20 manat artacaq”.

Bununla belə Səlim Müslomov deyib ki, ən aşağı artım 5 manat 50 qəpik olacaq ki, bu da işləmədən pensiyaya çıxanlara şamil olunacaq: “Artmların daha çox şamil olunacağı 78 nəfər isə gözdən əlil pensiyaçılardır. Belə ki, onların pensiya məbləği 150 manatdan 170 manata qədər artacaq”. Fond sədri 19 mindən çox şəhid ailəsinin pensiyasının 18 manat 50 qəpik artacağını söyləyib.


Elxan Salahov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 744

Oxşar yazılar